Azərbaycanda ev satışında yeni qayda
Azərbaycanda ev satışından vergi tutulması qaydaları dəyişəcək.
BAKU.WS-in Fins.az-a istinadla verdiyi məlumata görə, bu barədə Vergi Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulur. Həmin dəyişikliklər Milli Məclis tərəfinən büdcə paketi ilə birlikdə qəbul edilib, təsdiqlənmək üçün prezidentə təqdim edilib və təsdiqlənəcəyi təqdirdə, 2016-cı ildən qüvvəyə minəcək.
Hər kvadrata görə 15 manat
Yeni qaydalara görə, ev və mənzillər satılanda vergi onun qiymətinə görə yox, sahəsinə görə tutulacaq. Belə ki, mənzilin hər kvadrametrinə görə, 15 manat vergi hesablanacaq. Məsələn, satılan evin sahəsi 100 kvadratmetr olduqda ödənilən vergi 1500 manat, evin sahəsi 40 kvadratmetr oluqda isə vergi 600 manat olacaq və s. Bu zaman mənzilin hansı qiymətə satıldığı nəzərə alınmayacaq.
Amma bu rəqəm Bakı şəhəri üçün baza rəqəmi sayılır. Yəni evin harada yerləşməsindən asılı olaraq verginin məbləği ratıb azalacaq. Belə ki, regionlarda bu məbləğ daha aşağı olacaq.
Bakının özündə də ev satışından tutuan verginin məbləği evin hansı ərazidə yerləşməsindən asılı olacaq. Mərkəzdə yerləşən evlərin satışından vergi daha yüksək olacaq, kənarlara getdikcə vergi də azalacaq.
Bakının 12 zonası
Belə ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə Bakı şəhərinin ərazisi əmlak vergisinin tutulması məqsədilə şərti olaraq 12 zonaya bölünüb. Bu zonalar paytaxtın mərkəzindən tutmuş ən ucqar nöqtələrinə qədər bütün ərazini əhatə edir. Hər bir zona üzrə ayrıca əmlsal var və vergi hesablananda bu əmsallardan istifadə olunacaq. Əmlak vergisi üzrə əmlsallar 0,7-dən 1,5-dək dəyişir. Şəhərin mərkəzi hissələrinə aid əmsallar daha böyükdür. Bu o deməkdir ki, mərkəzdəki əmlak sahibləri nisbətən kənarda yaşayanlarla müqayisədə daha artıq vergi ödəyəcəklər.
Vergi necə hesablanacaq? - MİSALLAR
Məsələn, Bakının mərkəzində – 1-ci zonada əmlk satılarkən onun 1 kvadratmetrindən tutulan vergini hesablamaq üçün 15 manat baza rəqəmi 1,5 əmsalına vurulacaq. Nəticədə hər kvadratmetrə görə 22,5 manat vergi ödəniləcək. 2-ci zonada bu rəqəm hər kvadratmetrə görə 21 manat və s. olacaq.
Bakının kənarlarında isə əksinə, əmlak vergisinin dərəcəsi azalacaq. Mənzilin 1 kvadratmetri üçün vergi hesablananda 15 manat məbləm 0,7 əmsalına vurulacaq. Yəni hər kvadratmetrdən tutulan vergi 10,5 manat təşkil edəcək.
Bakının ayrı-ayrı zonalarında mənzil satışından tutalacaq vergi
Zonalar necə bölünüb
Nazirlər Kabinetinin adı çəkilən qərarında Bakının bölündüyü zonalar dəqiq göstərilib. Məsələn, şəhərin mərkəz hisəsini göstərən 1-ci zona «Azneft» meydanından başlayır, bu zonanın sərhədləri Niyazi, İstiqlaliyyət, Hüsü Hacıyev, Nizami və Rixard Zorge küçələridir.
2-ci zona bir qədər kənar ərazini – Füzuli, Rəşid Behbudov küçələrini, 28 May mtrotansiyasını və yaxınlıqdakı əraziləri əhatə edir.
3-cü zonaya isə Şəhidlər Xiyabanından başlayaraq Nəriman Nərimanov və Tbilisi prospektlərini, Bakıxanov və Həsən Əliyev küçələrinin, eləcə də Azadlıq prospektinin əhatə etdiyi əraziləri nəzərdə tutur.
10-cu zonaya Zuğulba, Buzovna, Mərdəkan, Şüvəlan, Lökbatan, Hövsan, Binə, Maştağa, Nardaran qəsəbələri, eləcə də Pirallahı rayonu aiddir.
11-ci zona isə Zığ, Sahil, Ramana və Zabrat qəsəbələrini əhatə edir.
Nəhayət, 12-ci zonaya Qaradağ, Xəzər və Sabunçu rayonlarının digər əraziləri aiddir.
Əvvəlki qayda çətinlik yaradırdı
Qeyd edək ki, Azərbaycanda evlərin satışı zamanı əldə edilən gəlirdən vergi tutulması praktikası bu ildən tətbiq edilməyə başlanıb (baxmayaraq ki, bu qayda Vergi Məcəlləsində əvvəlcədən nəzərdə tutulurdu). Qaydaya görə, ev və mənzillər satılanda evin satış qiyməti ilə vaxtilə alındığı qiymət müqayisə olunur və yaranan qiymət fərqindən vergi tutulurdu.
Amma bu üsulla vergi tutulması əhali arasında birmənalı qarşılanmamışdı. Buna görə də vergi ödəməkdən yayınmaq üçün bəzi əmlak sahibləri ümumiyyətlə əmlak satmağı dayandırmışdılar. Üstəlik, bəzi hallarda əmlakın vaxtilə hansı qiymətə alındığını və ümumiyyətlə neçəyə başa gəldiyini də müəyyənləşdirmək mümkün olmurdu. Vergilər Naziri Fazil Məmmədovun özüz də dediyi kimi, belə əmlakların alınmasına, tikilməsinə, təmirinə çəkilən xərclər təsdiq edilən sənədlərin bir çox hallarda olmaması bui gəlirlərdən vergi tutulmasında çətinlik yaradırdı. Bütün bunları nəzərə alaraq mənzil satışı zaman vergi tutulmasını sadələşdirmək qərara alınıb.
Bununla yanaşı, qeyd edək ki, bu vergi vətəndaşların yalnız yaşayış olmayan evinin satışı zamanı tətbiq ediləcək. Belə ki, qanuna görə, vergi yalnız o evin satışından tutulacaq ki, vətəndaş o evdə 5 ildən az yaşamış olsun.
BAKU.WS
Oxşar xəbərlər
Vergidə güzəşt: gəlirlərimiz artacaq
Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərdən biri də maaşı 2500 manatdan az olan fiziki şəxslərdən gəlir vergisinin tutulmaması ilə bağlıdır. BAKU.WS-in m...