Azərbaycanda daha bir bank müflis elan edildi
Ləğvetmə prosesində olan "Zaminbank" ASC məhkəmə qərarı əsasında müflis elan edilib.
BAKU.WS report-a istinadən bildirir ki, bu barədə bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru Azad Cavadov keçirdiyi mətbuat konfrasında deyib.
Onun sözlərinə görə, bank müflis olmazdan əvvəl onun nizamnamə kapitalında 1,7 mln. manatlıq pay sahibi olduğu "Başak İnam Sığorta" ASC-nin digər səhmdarlarına həmin məbləği şirkətin "Zaminbank"dakı hesabında olan eyni məbləğlə əvəzləşdirmək təklif olunub.
"Amma bankın öhdəliklərinin yerinə yetirilməsini tezləşdirmək üçün onu müflis elan etdirdik və vəziyyət dəyişdi. İndi sığorta şirkəti həmin məbləği bizə məcburi ödəməlidir", - deyə A.Cavadov qeyd edib.
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda daha bir bank rəsmən müflis elan edildi
Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank” ASC müflis elan edi...