Azərbaycanda daha bir bank rəsmən müflis elan edildi

Azərbaycanda daha bir bank rəsmən müflis elan edildi
İqtisadiyyat 9849



Azərbaycan Respublikası 1 Saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 29.08.2016-cı il tarixli 2-1 (81)-3619/16 saylı qərarı ilə "Kredobank” ASC müflis elan edilib, bank barəsində iflas proseduruna başlanılıb.

Əmanətlərin Sığortalanması Fondundan fins.az-a bildiriblər ki, fond iyulun 25-dən ləğv prosesində olan "Kredobank” ASC-nin ləğvedicisi kimi fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq müflis elan edilmiş banka qarşı tələblər bu elanın dərcindən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınacaq.

Tələblərin qeydə alınması üçün kreditorlar öz tələblərinin hüquqi əsasını sübut edən sənədləri və aşağıdakı məlumatları təqdim etməlidirlər: kreditorun adı, ünvanı; tələbin əsas məbləğinə daxil edilən faizlərin və digər haqların məbləğləri; tələbin təminatı olan girov (ipoteka) və ya qarantiya barəsində məlumat.

Kreditorlar bu elanın dərcindən 60 gün ərzində bankın ləğvedicisinə müraciət etməlidirlər.

BAKU.WS

Oxşar xəbərlər

Gürcüstandakı Azərbaycan bankının lisenziyası ləğv olundu

Gürcüstandakı Azərbaycan bankının lisenziyası ləğv olundu

Gürcüstan Milli Bankı "Qafqaz İnkişaf Bankı"nın törəməsi olan "Caucasus Development Bank - Georgia" SC-nin lisenziyasını ləğv edib. APA xəbər verir ki, bununla...

942 İqtisadiyyat 18:43 02 sentyabr 2016

Son xəbərlər