Azərbaycan kazinolardan nə qazanacaq?
"Əminəm ki, nəinki heç bir müsəlman ölkəsində, hətta xristan dövlətində belə Hacı statuslu şəxs ölkəsində kazinoların, yəni qumarxanaların fəaliyyətini arzulamaz. Milyardları ölkəyə kazinolar deyil, qeyri-neft sektorunun inkişafı gətirə bilər. Kazinolarla iqtisadiyyatı inkişaf etdirmək utopiyası artıq çox keçmişdə qaldı. Əks halda kazinolara yaşıl işıq yandıran Türk Kipri, onları qadağan edən və eyni adanı bölüşən Yunan Kiprinə nisbətən daha çox inkişaf edərdi".
BAKU.WS-in məlumatına görə, bu sözləri İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov Milli Məclisdə kazinolarla bağlı səsələnən fikirlərə münasibət bildirərkən deyib. Mütəxəssis hesabe dir ki, Azərbaycanda turizmin inkişafı ilə bağlı kompleks tədbirlər həyata keçirilsə, kazinolar bərpa edilmədən də bu sektoru inkişaf etdirmək mümkündür.
"Kazinoların fəaliyyətinin bərpa edilməsi "çirkli pullar"ın yuyulmasına gətirib çıxara bilər. Xüsusən də qeyri-qanuni yollarla pul qazanmış şəxslər həmin pullar rəsmiləşdirilən zaman onu məhz kazinoda udduqlarını göstərə bilərlər. Nəzərə alsaq ki, kazinolar bir sıra ölkələrdə həm də ona görə fəaliyyət göstərir ki, qanunsuz və çirkli yollarla qazanılan pulları yumaq mümkün olsun, o zaman bunun yaradacağı əks-effektləri proqnozlaşdırmaq çətin olmazdı. O baxımdan ölkəmizdə kazinoların fəaliyyət göstərməsi turizmin inkişafından daha çox, çirkli pulların yuyulması ilə müşayiət olunacaq".
V.Bayramov bildirir ki, qiymət və keyfiyyətdə Azərbaycanın turzim xidmətlərini üstələyən Gürcüstanda kazinolar fəaliyyət göstərdiyindən bölgədə digər ölkələrin bu sahədə rəqabət qabiliyyətliliyi aşağıdır: "Belə oyunlarda maraqlı olan xarici turistin kazino oyunları üçün vizasız Gürcüstana deyil, bahali Azərbaycana gələcəyi ağlabatan deyil".
Şahin Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycan kredit faizlərinə görə "Ginnesin rekordlar kitabı"na düşə bilər
"Mərkəzi Bankın uçot dərəcəsini artmasından sonra kreditlərin bahalaşacağı ilə bağlı məlumatlarla tanış oldum. Maraqlıdır, bizdə nə zaman ucuz kredit olub ki, i...