Azərbaycan 1 milyard dollar istəyib
"Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) ölkədə kənd təsərrüfatı dəstək məqsədilə 1 milyard dollar ayrılmasını, işğal altında olan torpaqların azad edilməsindən sonra isə həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün əlavə 1 milyard dollar ayrılmasını təklif edib".
BAKU.WS bildirir ki, bunu report-a açıqlamasında Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev iyul ayında İsveçrənin Cenevrə şəhərində ölkənin ÜTT-yə daxil olması üzrə aparılan danışıqların növbəti mərhələyəsini şərh edərkən deyib.
Onun sözlərinə görə, Cenevrədə işçi qrupunun iclasında Azərbaycanın xarici ticarət rejimi müzakirə edilib:
"Orada artıq bu məsələ, hansı öhdəliklər götürməyimizin zəruri olması və s. ilə bağlı sənədlər hazırlanır. İclas kifayət qədər fəal keçdi, Avropa İttifaqı, ABŞ və digər ölkələr tərəfindən çoxlu suallar oldu. Hələ ki onlardan yazılı cavab gözləyirik", - deyə M.Məmmədquliyev bildirib.
Onun sözlərinə görə, danışıqların növbəti mərhələsinin keçirilməsi müvafiq agentliyinin onlara nə vaxt cavab verməsindən asılı olacaq, amma çox güman, növbəti danışıqlar gələn ilin birinci yarısından tez keçirilməyəcək.
M.Məmmədquliyev digər ciddi məsələnin kənd təsərrüfatı üzrə çoxtərəfli danışıqlar olduğunu vurğulayıb: "Biz onlara yeni, 2013-2015-ci illəri əhatə edən cədvəl təqdim etmişik. Cədvəl üzrə xüsusi müzakirələr olmayıb. Əsas məsələ bizim yerli kənd təsərrüfatına dəstək üzrə təkliflərimizlə bağlıdır. ÜTT-nin sənədlərinə əsasən hesab edirik ki, belə desək, "sarı səbət"dən (amber box) istifadə etmək hüququna malikik. Hesab edirik ki, ÜDM-in 10%-ni kənd təsərrüfatını maliyyələşdirmək üçün ayıra bilərik. Amma ÜTT bu fikirlə razı deyil, onlar bu göstəricinin təxminən 5% olmasını istəyir.
"Biz indi onlardan ölkədə kənd təsərrüfatı dəstək məqsədilə 1 milyard dollar ayrılmasını, işğal altında olan torpaqların azad edilməsindən sonra isə həmin ərazilərdə kənd təsərrüfatının bərpası üçün əlavə 1 milyard dollar ayrılmasını istəyirik. Hələlik ÜTT 5% verməyə hazır olduqlarını bildiriblər, amma baxacağıq", - deyə nazir müavini bildirib.
M.Məmmədquliyev vurğulayıb ki, iyul ayında ÜTT-nin Cenevrədəki mənzil-qərargahında həmçinin Qazaxıstanla görüş keçirilib və artıq aparılmış danışıqlarla yanaşı, Rusiya və Səudiyyə Ərəbistanı ilə də danışıqlara başlanılıb.
Oxşar xəbərlər
Avqustun 1-dən gömrükdə dəyişikliklər olacaq
"Ticarət dövriyyəsi ötən ilin müvafiq dövrünə nisbətən bu il azalıb". BAKU.WS xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Kəpəz TV-...