"Azeri Light" neftinin qiyməti 4 dollar ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 3,54 ABŞ dolları və ya 5,23 % azalaraq 64,11 ABŞ dollarına düşüb.
Bu barədə BAKU.WS-ə neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin iyun ayı üzrə fyuçerslərinin qiyməti isə 62,69 ABŞ dolları səviyyəsində müəyyənləşib.
Bundan əlavə, Türkiyənin Ceyhan limanında FOB bazasında satılan "Azeri Light" neftinin 1 barelinin qiyməti 3,56 ABŞ dolları və ya 5,39 % azalaraq 62,53 ABŞ dollarına enib.
Qeyd edək ki, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.
Xatırladaq ki, "Azeri Light" markalı neftin indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, ən yüksək göstəricisi isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.
Ölkədə neft əsasən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan hasil olunur. Bu blokun işlənməsi üzrə müqavilədə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 31,65 % paya malikdir.
Oxşar xəbərlər
Sahibkarların NƏZƏRİNƏ: Yeni vergi və uçot tələbləri - İki mindən altı min manatadək cərimə
Oktyabrın 1-dən bazarlarda fəaliyyət göstərən təsərrüfat subyektləri üçün yeni vergi və uçot tələbləri qüvvəyə minib. Yeni qaydalara əsasən, bazar mülkiyyətçilə...
