Azərbaycanın sığorta bazarı 11 % böyüyüb
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən il Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə təxminən 1,5 milyard manat sığorta haqqı toplanılıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Vüsal Qurbanov bildirib.
Onun sözlərinə görə, bu, 2024-cü illə müqayisədə təxminən 11 % çoxdur.
AMB rəsmisi həmçinin deyib ki, 2025-ci ildə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği təxminən 920 milyon manat təşkil edib. Bu isə əvvəlki ilə nisbətən təxminən 25 % çoxdur.
Beləliklə, ötən il sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 61,3 manatı ödəniş edilib. Əvvəlki il bu göstərici 55,6 manat olub.
Oxşar xəbərlər
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb
Gələn ilin büdcəsində yaşayış minimumu və ehtiyac meyarının məbləği artırılıb. BAKU.WS xəbər verir ki, bu barədə report-a Milli Məclisin Əmək və sosial siyasət...