Azərbaycanın neft ixrac etdiyi TOP 10 ölkə
Bu ilin yanvar-fevral aylarında Azərbaycandan 10-dan artıq ölkəyə 3 milyon 600 min 307,4 ton həcmində neft ixrac olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hesabat dövründə Azərbaycanın neft ixrac etdiyi ilk 3 ölkəyə İtaliya, Rumıniya, Portuqaliya daxildir.
2026-ci ilin iki ayında Azərbaycan İtaliyaya 1 milyard 142 milyon 38 min ABŞ dolları dəyərində 2 milyon 427 min 850 ton, Rumıniyaya 140 milyon 707 min ABŞ dolları dəyərində 286 min 281 ton, Portuqaliyaya 112 milyon 358 ABŞ dolları dəyərində 223 min 549 ton xam neft ixrac edib.
Aşağıdakı cədvəldə Azərbaycanın yanvar-fevral aylarında neft ixrac etdiyi TOP 10 ölkənin siyahısı göstərilib:
| № | Ölkələr | Miqdar (ton) | 2025-ci ilin yanvar-fevral ayları ilə nisbətən | Statistik dəyər (min ABŞ dolları) | 2025-ci ilin yanvar-fevral ayları ilə nisbətən |
| 1 | İtaliya | 2 427 849,63 | +0,5 % | 1 142 037,8 | -16,4 % |
| 2 | Rumıniya | 286 280,92 | -0,01 % | 140 706,79 | -14,2 % |
| 3 | Portuqaliya | 223 549,41 | +3,5 % | 112 357,89 | +3 % |
| 4 | Çexiya | 169 841,63 | -58,6 % | 83 922,49 | -62,5 % |
| 5 | Almaniya | 154 729,96 | -69,1 % | 65 258,73 | -76,4 % |
| 6 | Xorvatiya | 86 166,17 | -74,5 % | 40 819,95 | -78,3 % |
| 7 | Bolqarıstan | 78 494,85 | -* | 37 415,05 | -* |
| 8 | Tunis | 61 269,98 | -* | 29 498,76 | -* |
| 9 | Türkiyə | 47 080,05 | +3,2 dəfə | 22 103,54 | +3 dəfə |
| 10 | İndoneziya | 38 554,41 | -* | 17 866,2 | -* |
| Digərləri | 26 490,38 | x | 12 421,23 | x | |
| Cəmi | 3 600 307,38 | -24,65 | 1 704 408,42 | -36,2 |
-* Ötən ilin eyni dövründə tədarük olmayıb.
Oxşar xəbərlər
Azərbaycanın xarici ticarət dövriyyəsi 30 %-ə yaxın azalıb
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 264 milyon ABŞ dolları təşkil edib. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu...