Azərbaycanın icmal büdcəsinin profisiti 2 dəfə azalıb

2024-cü ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 47 milyard 947 milyon manat, xərcləri isə 42 milyard 866,2 milyon manat təşkil edib.
BAKU.WS Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunlar, 2023-cü illə müqayisədə müvafiq olaraq 4,8 % az və 6,3 % çoxdur.
Son nəticədə icmal büdcədə 5 milyard 80,8 milyon manat profisit yaranıb ki, bu da 1 il əvvələ nisbətən təxminən 2 dəfə azdır.
2024-cü ildə dövlət büdcəsinin gəlirləri 36 milyard 388 milyon manat proqnoza qarşı 37 milyard 164,2 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 776,2 milyon manat və ya 2,1 %, 2023-cü illə müqayisədə isə 5,5 % və ya 1 milyard 927,8 milyon manat çoxdur.
Dövlət büdcəsinin xərcləri isə 37 milyard 719,7 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2 milyard 022,6 milyon manat (5,1 %) az icra edilib. Hesabat ilində icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 94,9 %-ini təşkil edir.
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı Avropa üçün neft qiymətlərini əhəmiyyətli dərəcədə artıracaq
Səudiyyə Ərəbistanı iyul ayında avropalı alıcılar üçün bütün növ neftin qiymətini bir barel üçün 1,8 dollar qaldıracaq. BAKU.WS "Report"a istinadən xəbər verir...
