Azərbaycanın dövlət borcu bu qədərdir?
2026-cı il 1 yanvar tarixinə olan Azərbaycanın dövlət borcu açıqlanıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında" Qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Azərbaycanın dövlət borcunun ümumi məbləği 25987,5 milyon manat və ya 2025-ci il üzrə faktiki ÜDM-in 20,1 faizini təşkil edib.
Qeyd olunub ki, ümumi dövlət borcunun 31,5 faizi xarici dövlət borcunun, 68,5 faizi isə daxili dövlət borcunun payına düşüb. ("Aqrarkredit" QSC-nin daxili dövlət borcuna aid edilmiş 8797,9 milyon manat məbləğində öhdəlikləri nəzərə alınmadan, dövlət borcunun 47,6 faizi xarici dövlət borcunun, 52,4 faizi isə daxili dövlət borcunun payına düşmüş olur).
Oxşar xəbərlər
Azərbaycan ötən il xaricdən 234 milyon dollar borc alıb
2025-ci il üzrə Azərbaycan üç yeni kredit sazişi üzrə ümumilikdə 233,8 milyon ABŞ dolları ekvivalentində (təsdiq olunduğu günə olan məzənnəyə uyğun, 397,5 milyo...