Azərbaycanda yaşayış minimumu ARTIRILDI
Milli Məclis 2026-ci ilin dövlət büdcəsi zərfinə daxil olan "Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2026-cı il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrini üçüncü oxunuşda qəbul edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.
Bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.
Sənədə əsasən, yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat müəyyən edilir.
Müzakirələrdən sonra hər iki sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul olunub.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 69 dolları keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,51 ABŞ dolları və ya 0,74 % artaraq 69,39 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...