Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 7 milyard barel qiymətləndirilir

Azərbaycanda təsdiq edilmiş neft ehtiyatları 2025-ci il yanvarın 1-nə 7 milyard barel, qaz ehtiyatları isə 60 trilyon kubfut təşkil edir.
BAKU.WS xəbər verir ki, bu barədə report-a ABŞ Energetika Nazirliyindən bildirilib.
Qurumdan bildirilib ki, Azərbaycanda kondensat nəzərə alınmadan neft hasilatının pik səviyyəsi 2009-2010-cu illərdə gündəlik təxminən 1 milyon barel həcmində qeydə alınıb.
"Proqnozlarımıza görə, ölkədə ümumi maye karbohidrogen hasilatı 2024-2026-cı illər ərzində orta hesabla gündəlik 600 min bareldən bir qədər çox olacaq", - məlumatda qeyd edilib.
ABŞ Energetika Nazirliyindən qeyd edilib ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar bloku Azərbaycanda maye karbohidrogenlərin hasilatının əsas mənbəyidir. Baxmayaraq ki, burada hasilat 2010-cu ildə gündəlik 823,1 min barel səviyyəsində pik həddə çatıb:
"Bu yataqlar blokundan çıxarılan neft və "Şahdəniz" qaz yatağından əldə edilən kondensat Azərbaycanın hasil etdiyi və ixrac etdiyi əsas maye karbohidrogenlərdir".
Qurumun məlumatına görə, 2025-ci il yanvarın 1-nə Qazaxıstanda təsdiqlənmiş neft ehtiyatları 30 milyard barel, Türkmənistanda - 600 milyon barel, Özbəkistanda - 594 milyon barel təşkil edir.
Energetika Nazirliyindən həmçinin qeyd edilib ki, 2023-cü ildə Xəzər regionunun üç ölkəsi (Azərbaycan, Qazaxıstan, Türkmənistan) və Özbəkistanın payına qlobal enerji istehsalının 3 %-i, qlobal istehlakın isə 1 %-i düşüb.
Oxşar xəbərlər
Azərbaycandan Rusiyaya və əks istiqamətdə pul köçürmələri azalıb
Ötən il Azərbaycandan Rusiya Federasiyasına fiziki şəxslərin pul köçürmələrinin həcmi 57,988 milyon ABŞ dolları təşkil edib. BAKU.WS Trend-ə istinadən xəbər ver...
