Azərbaycanda sığorta sektorunda YENİ MEXANİZM

Azərbaycanda sığorta sektorunda YENİ MEXANİZM
İqtisadiyyat 1186
Azərbaycanda sistem əhəmiyyətli sığortaçılar müəyyən ediləcək.BAKU.WS APA-ya istinadla xəbər verir ki, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənmiş “Sığorta sektorunun inkişafına dair 2019-2021-ci illər üçün Tədbirlər Planı”nda əksini tapıb.Sənədə əsasən, Maliyyə Bazarlarına Nəzarət Palatası 2019-2020-ci illərdə sığortaçının bazar davranışı, potensialı və sığorta bazarında həcmi nəzərə alınmaqla, sistem əhəmiyyətli sığortaçının müəyyən edilməsi və onun fəaliyyətinə nəzarətin gücləndirilməsi məqsədilə yeni mexanizmin tətbiq olunmasını təmin etməlidir.Bu məqsədlə 2019-2020-ci illərdə sistem əhəmiyyətli sığortaçıların müəyyən edilməsi ilə bağlı qanunvericiliyin formalaşdırılması, sistem əhəmiyyətli sığortaçıların müəyyən edilməsi metodologiyasının hazırlanması və tətbiqi təmin olunacaq.

Son xəbərlər