“Halal” sertifikatı Azərbaycanda bundan sonra belə veriləcək

30
apr
2019
10:34
Azərbaycanda “Halal” sertifikatının verilməsinə dair mexanizmlər formalaşdırılacaq və tətbiqi həyata keçiriləcək.BAKU.WS report-a istinadən xəbər verir ki, bu, “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019–2025-ci illər üçün Dövlət Proqramı”nda əksini tapıb.Sənədə əsasən bu işlər Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi ilə birgə həyata keçirilməlidir.Qafqaz Müsəlmanları İdarəsinin də mexanizmin hazırlanmasında iştirakı tövsiyə olunub.Sənədə əsasən mexanizmlərin formalaşdırılması 2020-ci ildə yekunlaşmalıdır.
Oxşar xəbərlər
Azərbaycanda yeni laboratoriyalar yaradılacaq
Qida təhlükəsizliyi sahəsində mövcud laboratoriyalar şəbəkəsi optimallaşdırılacaq, müasir tələblərə cavab verən yeni laboratoriyalar yaradılacaq və maddi-texnik...
