Bu sahələrdə çalışanların əməkhaqları artırılacaq

Bu sahələrdə çalışanların əməkhaqları artırılacaq
Sosial 3652
Növbəti ildən etibarən ölkədə icbari tibbi sığorta sisteminin tətbiq edilməsi ilə səhiyyə müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması, onların göstərdikləri səhiyyə xidmətlərinə görə əlavələrin verilməsi nəzərdə tutulur.BAKU.WS-in ONA-ya istinadla xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2018-ci il fəaliyyəti haqda hesabatında öz əksini tapıb.Hesabatda qeyd olunub ki, Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 810s nömrəli sərəncamı ilə Azərbaycanda əməyin ödənişi və dayanıqlı sosial ödənişlər sisteminin formalaşdırılması məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupu tərəfindən bu istiqamətdə müvafiq təkliflərin hazırlanaraq təqdim edilməsi nəzərdə tutulur.BAKU.WS

Oxşar xəbərlər

Azərbaycanda 600 minədək insanın maaşı artdı

Azərbaycanda 600 minədək insanın maaşı artdı

Minimum əməkhaqqının artırılması dövlət sektoru üzrə 450 mindən çox işçinin əmək haqlarında orta hesabla 30 faiz artıma səbəb olub.Bu barədə Əmək və Əhalinin So...

2339 İqtisadiyyat 12:04 05 mart 2019

Son xəbərlər