Azərbaycanda sənaye zonalarına 7,2 milyard manatdan çox investisiya yatırılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu günə qədər İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan sənaye zonalarına 7,2 milyard manatdan çox investisiya yatırılıb.
Bu barədə BAKU.WS-ə agentlikdən məlumat verilib.
Bildirilib ki, sahibkarlar zonalarda 20,9 milyard manatlıq məhsul istehsal edərək satıb, bunun 6,7 milyard manatdan çoxu ixrac olunub.
Hazırda ölkədə fəaliyyət göstərən 9 sənaye parkı, 3 sənaye məhəlləsi və 2 özəl sənaye məhəlləsində sahibkarlar üçün əlverişli biznes mühiti yaradılıb, 11 200-dən çox daimi iş yeri yaradılıb və yüzlərlə layihənin reallaşdırılmasına dəstək verilib. Sənaye zonalarında 148 rezident və 10 qeyri-rezident qeydiyyatdan keçib.
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,48 ABŞ dolları və ya 1,5 % azalaraq 96,93 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...