Azərbaycanda metanol istehsalı 46% artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda 203,2 min ton həcmində metanol (metil spirti) istehsal olunub.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu ilin beş ayında metanol istehsalı ötən ilin müvafiq dövründən 45,7% çox olub.
Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.
Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
Oxşar xəbərlər
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib - FOTO
Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. BAKU.WS xəbər verir ki, Azərb...