Azərbaycan metanol ixracını 64% artırıb

2019-cu ildə Azərbaycandan 64,6 mln. dollar məbləğində metanol (metil spirti) ixrac edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 2018-ci ildə isə ixrac olunan metanolun məbləği 39,3 mln. dollar təşkil edib. Beləliklə, ötən il metanol ixracı 64% artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə 345,5 min ton metanol istehsal edilib. Ötən il metanol istehsalının həcmi 2018-ci ildən 80,5% çox olub.
Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.
Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
Oxşar xəbərlər
Azərbaycanda metanol istehsalı 81% artıb
2019-cu ildə Azərbaycanda 345,5 min ton metanol (metil spirti) istehsal edilib. BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən (DSK) məlumat v...
