“Bu il SOCAR-ın Gürcüstan büdcəsinə 150 mln dollar vergi ödəyəcəyi proqnozlaşdırılır”
Bu il ərzində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı törəməsi - "SOCAR Energy Georgia” şirkətinin Gürcüstanın dövlət büdcəsinə ödəyəcəyi verginin məbləğinin 150 mln ABŞ dolları olacağı proqnozlaşdırılır.
BAKU.WS-in məlumatına görə, bunu “Report”a açıqlamasında "SOCAR Energy Georgia” şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.
Onun sözlərinə görə, bu, 2018-ci ildə dövlət büdcəsinə həyata keçirilən ödəniş ilə müqayisədə 6 milyon dollar və ya 4,17% çoxdur: “2018-ci ildə "SOCAR Energy Georgia” şirkəti Gürcüstan büdcəsinə 144 milyon dollar vergi ödəyib. 2017-ci ildə bu rəqəm 120 milyon dollar təşkil edib”.
O qeyd edib ki, “SOCAR Group”a daxil olan şirkətlərin fəaliyyətə başladığı gündən Gürcüstan büdcəsinə ödəyəcəyi vergilərin həcmi bu ilin sonuna 1,5 milyard dolları ötəcək.
Oxşar xəbərlər
Gələn ay SOCAR Gürcüstanda yeni yanacaqdoldurma məntəqəsi açacaq
Gələn ay “Sınıq Körpü” gömrük-keçid məntəqəsindən Batumi şəhərinə qədər ölkənin uzanan əsas magistral avtomobil yolunun Tercola (Terjola) məntəqəsi yaxınlığında...