Azərbaycanda metanol istehsalı 42% artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar ayında Azərbaycanda 42,8 min ton metanol (metil spirti) istehsal edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu həcm ötən ilin müvafiq dövründən 42% çoxdur.
Qeyd edək ki, metanol istehsalı Qaradağ rayonunda yerləşən Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Metanol Zavodunda həyata keçirilir.
Metanol Zavodu 2013-cü ildə istismara verilib. Zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Methanol” MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
Oxşar xəbərlər
Azərbaycan metanol ixracını 64% artırıb
2019-cu ildə Azərbaycandan 64,6 mln. dollar məbləğində metanol (metil spirti) ixrac edilib. BAKU.WS report-a istinadən xəbər verir ki, 2018-ci ildə isə ixrac ol...