Azərbaycanda ərzaq itkiləri kəskin azalıb
2024-cü ildə ölkədə ərzaq itkilərinin həcmi istehsal olunan ümumi ərzağın təxminən 1.7 faizinə bərabər olub. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2015-ci ildə 2.7 faiz təşkil edib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 2015-ci illə müqayisədə ölkədə ərzaq itkiləri 2020-ci ildə 8 faiz, 2021-ci ildə 40 faiz azalıb. 2022-2024-cü illərdə isə bu azalma səviyyəsi 38 faiz təşkil edib.
Qeyd edək ki, ərzaq itkiləri indeksi beş əsas qida qrupunu - dənli və paxlalı bitkiləri, meyvə və tərəvəzləri, kökümeyvəliləri, kökü yumruları və yağlı bitkiləri, heyvan mənşəli məhsulları, həmçinin balıq və balıq məhsullarını əhatə edir.
Ərzaq itkiləri indeksi sabit baza üzrə standart indeks düsturuna uyğun olaraq hesablanır və hesabat ilində ərzaq itkilərinin orta faizinin baza ili olan göstəricisinə nisbəti əsasında müəyyən edilir. Hesablamalarda məhsullar üzrə itki faizi, baza ilində istehsal həcmi və beynəlxalq orta qiymətlər nəzərə alınır.
Ərzaq itkiləri məhsulların saxlanılması, daşınması və təkrar emalı zamanı baş verən kəmiyyət itkilərini əhatə edir.
Oxşar xəbərlər
Azərbaycan iqtisadiyyatı 2025-ci ildə: rekord valyuta ehtiyatları, Yaxın Şərqdə neft-qaz əməliyyatlarının genişləndirilməsi
2025-ci il qlobal iqtisadiyyatda dəyişkənlik və geosiyasi sarsıntılar ili kimi yadda qaldı. Dünyanın əksər ölkələrinin iqtisadiyyatına təsir göstərən bu prosesl...