Azərbaycanda "ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılır
Yaxın günlərdə Azərbaycanda "ƏDV geri al" mexanizmi tam avtomatlaşdırılacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Bakıda keçirilən "Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar" adlı forumda bildirib.
"Kapital Bank" və "PAŞA Bank" ASC-lərlə birlikdə yeni sosial tərəfdaşlıq layihəsinin icrasına başlayırıq. Bu layihənin məqsədi "ƏDV geri al" mexanizmini vətəndaşlar üçün daha da sadələşdirmək və geri qaytarılan vəsaitlərin daha operativ şəkildə əldə olunmasını təmin etməkdir. Adı çəkilən iki bankın kartları lə edilən ödəniş zamanı yeni nəsil nəzarət-kassa aparatlarının çek məlumatları elektron kabinetdə avtomatik əks olunacaq və geri qaytarma üçün müraciətin formalaşdırılması prosesi tam avtomatlaşacaq. Bu addım həm şəffaflığı artıracaq, həm də vətəndaşlar üçün prosesi xeyli asanlaşdıracaq", - deyə o qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 4 %-ə qədər artıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 4,59 ABŞ dolları və ya 3,8 % artaraq 125,03 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...