Azərbaycanda bu ilin sonunadək kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər

Azərbaycanda bu ilin sonunadək kriptovalyuta ilə bağlı qanun qəbul edilə bilər
İqtisadiyyat 19

Azərbaycanda bu ilin sonunadək virtual aktivlər və kripto bazarları ilə bağlı qanun qəbul oluna bilər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" mövzusunda keçirilən tədbirdə deyib.

Onun sözlərinə görə, AMB virtual aktivlər və kripto bazarları ilə bağlı qanun layihəsinin son variantını hazırlayaraq aidiyyəti dövlət qurumlarına təqdim edib: "Bu, bizim üçün kifayət qədər mühüm nailiyyətdir. Çünki həmin sahə indiyədək tənzimlənməyib və həm dünya, həm də Azərbaycan üçün nisbətən yeni bir istiqamətdir.

Ümid edirik ki, hər şey plan üzrə gedərsə, ilin sonunadək ölkəmizdə kriptovalyutalar və virtual aktivlərlə bağlı qanun layihəsi təsdiqlənəcək. Bu istiqamətdə də komanda olduqca fəal və intensiv şəkildə iş aparır".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər