Azərbaycanda 5 ayda orta illik inflyasiya 5,6 % olub
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə 5,6 % artıb.
BAKU.WS bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xatırladaq ki, yanvar-aprel aylarında orta illik inflyasiya eyni səviyyədə olub.
Azərbaycanda 2025-ci ilin sonuna orta illik inflyasiya göstəricisi bir il əvvəlki 2,2 %-lə müqayisədə 5,6 %-ə çatıb.
Azərbaycan İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, ölkədə orta illik inflyasiya 2026-cı ildə 4,8 %, 2027-ci ildə isə 4,5 % təşkil edəcək. Mərkəzi Bankın 2026-cı ilin fevralında açıqlanan son proqnozuna əsasən, cari ildə illik inflyasiya 5,5 %, 2027-ci ildə isə 4 % səviyyəsində gözlənilir.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4 % azalaraq 122,49 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...