Azərbaycana hava nəqliyyatı ilə səfər edənlərin sayı 34 %-dən çox artıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana hava nəqliyyatı ilə 40 ölkədən 2 milyon 661 min 607 nəfər səfər edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyinin hesabatında məlumat yer alıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6 ölkə (17,6 %) və 681 min 893 nəfər (34,4 %) çoxdur.
9 ayda Azərbaycana ən çox sərnişin Rusiyadan daşınıb - 734 min 416 nəfər. Bu da 1 il əvvələ nisbətən 30,7 % artım deməkdir.
Hesabat dövründə Türkiyədən isə Azərbaycana 658 min 692 nəfər səyahət edib ki, bu da illik müqayisədə 17,6 % çoxdur.
İlk üçlüyə Birləşmiş Ərəb Əmirlikləri də 333 min 33 sərnişinlə (+47,3 %) daxil olub.
Siyahıda daha sonra Gürcüstan 172 min 380 sərnişin (+ 38,9 %), Səudiyyə Ərəbistanı 92 min 776 sərnişin (+12,2 %), Hindistan 82 min 109 sərnişin ( + 5,2 dəfə), Qazaxıstan 82 min 80 sərnişin (+28,9 %), İtaliya 46 min 231 sərnişin (+ 99,3 %), Özbəkistan 43 min 470 sərnişin ( - 15,1 %) və İsrail 41 min 472 sərnişin ( + 16,3 %) qərarlaşıb.
İlk onluğa Hindistan və İtaliyanın daxil olması ilə Küveyt (40 min 257 sərnişin, + 26,8 %) və Almaniya (30 min 889 sərnişin, + 18,5 %) TOP-10-dan çıxıb.
Təkcə sentyabrda isə Azərbaycana hava nəqliyyatı ilə 326 min 477 sərnişin daşınıb. Bu, ötən ilin eyni ayına nisbətən 29 % çoxdur.
O cümlədən, ötən ay Rusiyadan 94 min 958 sərnişin daşınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 34,1 % çoxdur.
Oxşar xəbərlər
Azərbaycan Aİ ilə nəqliyyat sahələrinə dəstək üzrə maliyyələşdirmə sazişini müzakirə edib
Azərbaycan və Avropa Komissiyası arasında minatəmizləmə, su ehtiyatlarının idarəolunması və nəqliyyat sahələrinin davamlı inkişafına dəstək layihəsi üzrə maliyy...
