Azərbaycan və Dünya Bankı "Yaşanıla bilən Bakı" layihəsi üzrə hazırlıq işlərini müzakirə edib
Azərbaycanla Dünya Bankı arasında hazırlıq mərhələsində olan "Yaşanıla bilən Bakı" layihəsi çərçivəsində əməkdaşlığın əsas istiqamətləri, eləcə də ölkədə və regionda davamlı şəhər inkişafı, ekoloji dayanıqlıq və yaşıl infrastrukturun təşviqi məsələləri müzakirə olunub.
BAKU.WS Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu gün maliyyə naziri Sahil Babayev Azərbaycanda səfərdə olan Dünya Bankının "Yaşanıla bilən Bakı" layihə qrupunun nümayəndə heyəti ilə görüşüb.
Nazir Sahil Babayev bildirib ki, Dünya Bankı ilə tərəfdaşlıq Azərbaycanın sosial-iqtisadi inkişafının dəstəklənməsi, institusional islahatların dərinləşdirilməsi və müasir, dayanıqlı infrastrukturun formalaşdırılması baxımından mühüm rol oynayır.
Qeyd olunub ki, "Yaşanıla bilən Bakı" layihəsi Bakı şəhərində ekoloji mühitinin yaxşılaşdırılması, iqlimə dayanıqlığının artırılması və daha dayanıqlı şəhər inkişafı modelinə keçidin sürətləndirilməsi baxımından strateji əhəmiyyətə malikdir.
Bildirilib ki, layihə şəhər infrastrukturunun və ictimai məkanların yenilənməsini, bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsini, çirklənmiş ərazilərin bərpasını, eləcə də şəhər idarəetmə sistemlərinin gücləndirilməsinininəzərdə tutur.
Nazir layihənin mərhələli və prioritet əsasda icrasının vacibliyini vurğulayaraq, hazırlıq işlərinin Dünya Bankı ilə sıx koordinasiya şəraitində davam etdirildiyini bildirib və göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.
Dünya Bankının nümayəndə heyəti Azərbaycanda həyata keçirilən şəhərsalma və iqlim yönümlü islahatları yüksək qiymətləndirərək, "Yaşanıla bilən Bakı" layihəsinin müasir şəhər inkişafı və ekoloji transformasiya baxımından nümunəvi təşəbbüs ola biləcəyini qeyd edib.
Görüşdə həmçinin, ölkəmizdə həyata keçirilən digər infrastruktur və sosial yönümlü təşəbbüslər, o cümlədən regional yol infrastrukturu və məşğulluğa dəstək proqramları üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər layihənin növbəti mərhələlərində institusional koordinasiyanın gücləndirilməsinin, texniki hazırlıq səviyyəsinin artırılmasının və uzunmüddətli dayanıqlığın təmin edilməsinin vacibliyini vurğulayıblar.
Qalereya
Oxşar xəbərlər
İşğaldan azad edilmiş ərazilərdə 15 dəqiqəlik şəhər konsepsiyası tətbiq olunur
İşğal azad edilmiş ərazilərdə 15 dəqiqəlik şəhər və yaşıl şəhər yanaşması kimi tendensiyalar hər bir şəhərə tətbiq olunur. BAKU.WS "Report"a istinadən xəbər ver...