Azərbaycan nefti BAHALAŞDI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın "Azeri Light" markalı neftinin dünya bazarındakı qiyməti artıb.
BAKU.WS xəbər verir ki, İtaliyanın Augusta limanında "Azeri Light" neftinin CIF bazisi üzrə bir barelinin qiyməti əvvəlki göstəricidən 1,19 dollar (1,6%) artaraq 75,23 dollar olub.
Türkiyənin Ceyhan limanında FOB bazasında satış qiyməti isə 1,18 dollar (1,62%) bahalaşaraq 73,79 dollar/barel səviyyəsinə yüksəlib.
Digər neft markalarında da qiymət artımı müşahidə olunur. Belə ki, URALS markalı xam neftin qiyməti 1,1 dollar (1,9%) artaraq 58,87 dollar/barel, "Dated Brent" markalı neft isə 1,38 dollar (1,9%) bahalaşaraq 73,93 dollar/barel olub.
Qeyd edək ki, Azərbaycan 2025-ci ilin dövlət büdcəsində bir barel neftin orta qiymətini 70 ABŞ dolları səviyyəsində müəyyən edib.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 122 dollara düşüb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,11 ABŞ dolları və ya 4 % azalaraq 122,49 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...