Azərbaycan karbamidi növbəti dəfə Türkiyəyə nəql edilib

Azərbaycan karbamidi növbəti dəfə Türkiyəyə nəql edilib
İqtisadiyyat 476

“ADY Konteyner” MMC Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti vasitəsilə Azərbaycan karbamidinin Türkiyəyə növbəti nəqlini həyata keçirib.

"ADY Konteyner” MMC-dən BAKU.WS-ə verilən məlumata görə, “SOCAR Karbamid” zavodunda istehsal edilən məhsul ilk dəfə olaraq “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 40 futluq konteynerlərlə daşınacaq. Daşımanı “ADY Konteyner” MMC həyata keçirir. Ümumilikdə 1000 ton karbamidin Türkiyədəki alıcıları “SIRKENLI TARIM URUNLERI TIC VE SAN A.S.” və “VOLTRADE Ithalat Ihracat San. Ve TIC. A.S.” şirkətləridir.

Bu gün “ADY Konteyner” MMC-nin Sumqayıt terminalından yola salınan 19 konteynerdən ibarət ilk qatar 500 ton məhsulu İskəndərun şəhərinə çatdıracaq. Yaxın günlərdə yola düşəcək 500 ton karbamid yüklənmiş 19 konteynerdən ibarət növbəti qatarın təyinat məntəqəsi isə İzmir şəhəridir.

Növbəti aylar ərzində bu marşrutla Türkiyəyə ümumilikdə 4000 ton karbamid məhsulunun çatdırılması planlaşdırılır.

Oxşar xəbərlər

TANAP-la 198 mln. kubmetr qaz nəql edilib

TANAP-la 198 mln. kubmetr qaz nəql edilib

Bu günədək Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə 198 mln. kubmetr “Şahdəniz” qazı nəql edilib.Bu barədə SOCAR-ın I vitse-prezienti Xo...

976 İqtisadiyyat 18:37 20 sentyabr 2018

Son xəbərlər