Azərbaycan iqtisadiyyatı cüzi böyüyüb

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda 19 milyard 72,2 milyon manatlıq və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, son 1 ildə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,7 % azalıb, qeyri neft-qaz sektorunda isə 1,7 % artıb.
ÜDM istehsalının 38,5 %-i sənaye, 10,1 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,9 %-i nəqliyyat və anbar təsərrüfatı, 4,6 %-i tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,9 %-i informasiya və rabitə sahələrinin, 22 %-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,6 %-ni təşkil edib.
2 ay ərzində əhalinin hər nəfərinə düşən ÜDM-in dəyəri 1 865 manat olub.
Oxşar xəbərlər
SOCAR bu ilin II rübünün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb
Bu ilin ikinci rübündə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 18 min metr qazma işləri həyata keçirib. BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, şirkətin müstəq...