Azərbaycanda vergi və sığorta daxilolmaları AÇIQLANDI

Azərbaycanda vergi və sığorta daxilolmaları AÇIQLANDI
İqtisadiyyat 11

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 5 milyard 672,8 milyon manat olub, proqnozdan əlavə 297,1 milyon manat vəsait ödənilib.

BAKU.WS İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 3 milyard 838,5 milyon manatdan çox təşkil edib.

Həmin dövrdə işsizlikdən sığorta haqları üzrə daxilolmalar 201,5 milyon manata yaxın olub, proqnozdan əlavə 8,3 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 156,5 milyon manat təşkil edib.

İcbari tibbi sığorta haqları üzrə daxilolmaların həcmi 849,3 milyon manatdan çox olub, proqnozdan əlavə 20,4 milyon manat vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 570,9 milyon manata yaxın təşkil edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər