Rusiya və İran Rəşt - Astara dəmir yolunun tikintisi üzrə sənədlər paketi imzalayıb
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və İran Rəşt - Astara dəmir yolu xəttinin tikintisi layihəsi üzrə sənədlər paketi imzalayıblar.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Rusiya Baş nazirinin müavini Andrey Nikitin bildirib.
Onun sözlərinə görə, Tehranda Rusiyanın "Kaspian servisez" təşkilatı və İranın CDTIC şirkəti qabaqlayıcı mühəndis-axtarış işlərinin aparılması üçün bütün marşrut boyu torpaq sahələrinə çıxışın təmin edilməsi haqqında protokol, eləcə də müqaviləyə əlavə saziş imzalayıblar.
Nikitin bildirib ki, torpaq sahələri artıq təhvil verilib, bu isə mühəndis-axtarış işlərini davam etdirməyə və zəruri işlərin müddətini uzatmağa imkan verəcək.
Cari ildə Rusiya mütəxəssisləri dayaq geodeziya şəbəkəsini qurub və aerofotoçəkiliş həyata keçiriblər. Hazırda hidrometeoroloji axtarışlar və topoqrafik çəkilişlər aparılır.
Rəşt - Astara dəmir yolu sahəsi "Şimal - Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əsas elementlərindən biridir və yüklərin Fars körfəzinə, daha sonra isə Cənubi Asiya ölkələrinə fasiləsiz çatdırılma marşrutunu təmin edəcək.
Oxşar xəbərlər
Təsərrüfat sahibləri üçün yenilik
Ev təsərrüfatlarının uçotu ilə bağlı şəxsi hesablarda qeydlərin aparılması qaydalarında dəyişiklik olunub. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bununla ba...