Azərbaycan bu il Gürcüstandan avtomobil idxalını 27 % azaldıb

Azərbaycan bu il Gürcüstandan avtomobil idxalını 27 % azaldıb
İqtisadiyyat 64

Bu ilin yanvar-fevral aylarında Gürcüstan Azərbaycana 29 milyon ABŞ dolları dəyərində 1 266 ədəd avtomobil ixrac edib.

"Report"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 22 %, kəmiyyət olaraq – 27 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstanın avtomobil ixrac etdiyi ölkələr sırasında 3-cü yerdə qərarlaşıb.

Təkcə fevral ayında Gürcüstan Azərbaycana 16,6 milyon ABŞ dolları dəyərində 680 ədəd avtomobil satıb. Bu, bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 15 % və 25 % azdır.

Hesabat dövründə Gürcüstan xarici ölkələrə 285 milyon ABŞ dolları dəyərində 12 238 ədəd avtomobil satıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 9 % çox və 1,1 % azdır.

O cümlədən Gürcüstandan Qırğızıstana 149 milyon ABŞ dolları dəyərində 5 020 ədəd, Qazaxıstana 84 milyon ABŞ dolları dəyərində 4 912 ədəd, Ermənistana 9,81 milyon ABŞ dolları dəyərində 390 ədəd, Tacikistana 5,4 milyon ABŞ dolları dəyərində 227 ədəd avtomobil tədarük edilib.

Xatırladaq ki, 2024-cü ildə Gürcüstan 2,43 milyard ABŞ dolları dəyərində 106 051 ədəd avtomobil ixrac edib ki, bunun da 290 milyon ABŞ dolları dəyərində 12 849 ədədi Azərbaycanın payına düşüb.

Son xəbərlər