Azər Əmirov: "Qorunan əmanətlərin faiz dərəcələrinin dəyişməsinə zərurət yoxdur"
"Bizim ölkədə qorunan əmanətlərin faiz dərəcələri milli valyutada 12%, xarici valyutada isə 2,5%-dir. Sığorta və risklərin idarə edilməsi departamentimiz həmin göstəriciləri dövri olaraq banklardan aldığımız məlumatlar əsasında, yəni bütün mediaya və bütün ictimaiyyətə açıq olan məlumatlar əsasında, eyni zamanda aldığımız qorunan əmanətlərlə bağlı hesabatlar əsasında yoxlayırlar. Hesab edirik ki, hazırda bazar şəraitində yerləşdirilən vəsaitlər ümumilikdə həmin o faiz hədlərində yerləşdirildiyindən bu faiz hədlərinin dəyişməsinə zərurət yoxdur".
BAKU.WS xəbər verir ki, bu sözləri Şamaxıda keçirilən "Əmanətlərin Sığortalanması Fondu: maliyyə sabitliyinin qorunması, əmanətçilərin hüquqlarının müdafiəsi və beynəlxalq əməkdaşlıq istiqamətləri" adlı tədbirdə çıxış edən Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov deyib.
O əlavə edib ki, əvvəlki dövrlərdə buna, daha çox intuitiv yanaşılırdı:
"Milli valyutada qorunan əmanətlərin yuxarı faiz həddinin müəyyən edilməsinə, Mərkəzi Bankın da təklifi ilə hazırlanmış xüsusi metodologiya ilə baxılır. Hazırda bu xüsusi çəkilər hesablanmaqla bazardakı ümumi tendensiyalar nəzarət altında saxlanılır və altı aydan bir məsələ Fondun Himayəçilik Şurasında müzakirə edilməklə faiz dərəcəsinin artıb-azalması tendensiyasına baxılır".
Qeyd edək ki, bu gün Əmanətlərin Sığortalanması Fondu Şamaxıda Milli Mətbuat gününə həsr olunan dialoq və əməkdaşlıq forumu keçirir.
Forumun keçirilməsində məqsəd jurnalistlərlə institusional əməkdaşlığı daha da gücləndirmək, fondun fəaliyyəti, əmanətlərin sığortalanması sisteminin hüquqi və institusional əsasları istiqamətində həyata keçirilən tədbirlər barədə media nümayəndələrini ətraflı məlumatlandırmaq, fondun müxtəlif fəaliyyət istiqamətləri üzrə məsul rəhbər şəxslərlə jurnalistlər arasında açıq dialoq və peşəkar fikir mübadiləsi aparmaqdır.
Zöhrə Pənahi
Oxşar xəbərlər
Belarusun Dövlət Hərbi Sənaye Komitəsi Bakıda keçiriləcək ADEX-2026 sərgisində iştirak edəcək
Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun rəhbərlik etdiyi Belarus nümayəndə heyəti VI Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX-2026) iştirak...