“AZAL”ın prezidenti ABŞ Nəqliyyat Komandanı ilə görüşüb
09
noy
2018
14:54
ABŞ Nəqliyyat komandanı general Stefan Layonsun rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya işgüzar səfərə gəlib.Səfər çərçivəsində qonaqlar Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən "Baku Cargo Terminal" yük terminalı ilə tanış oldular. Ümumi sahəsi 25 min m2 olan "Baku Cargo Terminal" MDB məkanında ən böyük və texniki cəhətdən təchiz edilmiş yük terminalıdır. Bakı yük terminalı ABŞ və Asiya arasında yüklərin daşınması üzrə əsas əlaqələndirici qovşaq qismində çıxış edir. AZAL-ın prezidenti Cahangir Əsgərovla görüş zamanı tərəflər iki ölkə arasında aviasiya sahəsində möhkəm tərəfdaşlıq münasibətlərindən məmnunluq hissi duyduqlarını bildirdilər. Cahangir Əsgərov Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında mülki aviasiya sahəsində ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğuladı. Xüsusən qeyd etmək lazımdır ki, ABŞ-ın ən böyük aerokosmik korporasiyası “Boeing” "Azərbaycan Hava Yolları"nın strateji tərəfdaşıdır. Bundan əlavə 2016-cı ilin iyun ayından Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında “Açıq Səma” ("Open Skies") müqaviləsi qüvvəyə minmişdir və bu müqaviləyə əsasən operatorlara sərnişin və yük aviadaşımaları üzrə daha sərfəli və səmərəli xidmətlər təqdim edilir. Azərbaycanın mülki aviasiya normativ bazasının təkmilləşdirilməsi nəticəsində ABŞ Federal Aviasiya Administrasiyası Azərbaycana aviasiya təhlükəsizliyi sahəsində ən yüksək səviyyəni – “A” kateqoriyasını vermişdir. Bunun sayəsində iki dövlət arasında birbaşa aviareyslərin yerinə yetirilməsinə başlanması mümkün olmuşdur. “Azərbaycan Hava Yolları”nın Bakıdan Nyu-Yorka müntəzəm uçuşları müasir «Boeing-787-8» Dreamliner hava gəmilərində həyata keçirilir.Görüş zamanı Azərbaycanda müasir nəqliyyat infrastrukturunun yaradıldığı qeyd olunmuş, nəqliyyat, tranzit və logistika sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın mövcud olduğu bildirilmişdir. Stefan Layonsun sözlərinə görə Azərbaycan bütün istiqamətlərdə, o cümlədən nəqliyyat sahəsində etibarlı tərəfdaşdır. O, bildirdi ki, ABŞ təhlükəsizlik sahəsində əməkdaşlığın təmin edilməsində, o cümlədən Əfqanıstanda həyata keçirilən sülhpərvər əməliyyatlarda ölkəmizin rolunu yüksək qiymətləndirir. BAKU.WS
Oxşar xəbərlər
Cahangir Əsgərov “Iran Air” aviaşirkətinin rəhbəri ilə görüşüb
AZAL Prezidenti Cahangir Əsgərov oktyabrın 26-da Bakıda səfərdə olan “Iran Air” aviaşirkətinin rəhbəri Fərzanə Şərəfbafinin (Farzaneh Sharafbafi) başçılıq etdiy...