Cahangir Əsgərov “Iran Air” aviaşirkətinin rəhbəri ilə görüşüb
AZAL Prezidenti Cahangir Əsgərov oktyabrın 26-da Bakıda səfərdə olan “Iran Air” aviaşirkətinin rəhbəri Fərzanə Şərəfbafinin (Farzaneh Sharafbafi) başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidməti BAKU.WS-ə məlumat verilib.
Verilən məlumata görə, görüş zamanı tərəflər “Azərbaycan Hava Yolları” və “Iran Air” arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparmışdırlar.
Cahangir Əsgərov qonaqlara son illər Azərbaycan mülki aviasiyası sahəsində işlərin vəziyyəti barədə danışmış və Heydər Əliyev Beynəlxalq Aeroportunun sərnişin axınının rekord səviyyədə artdığını vurğulayıb.
Paytaxt hava limanı 2018-cu ilin doqquz ayı ərzində 3,49 milyon sərnişinə xidmət göstərib (ötən ilin analoji göstəricisindən 10 faiz çox). Yeni reyslərin açılması nəzərə alınmaqla qarşıda 2020-ci ilin yekunları üzrə bu göstəricinin ildə 7 milyon nəfərə kimi artırılması kimi prioritet vəzifə dayanır.
Cahangir Əsgərovun sözlərinə görə, İran Azərbaycanla sərhəddir və cənub qonşusuna sərnişin axının artırılması üçün tam dəstək göstəriləcək.
Fərzanə Şərəfbafi Azərbaycan mülki aviasiyası sahəsində gördüyü tərəqqinin onda böyük təəssürat doğurduğunu qeyd etmişdir. Onun sözlərinə görə, iranlı turistlərin Azərbaycana marağı daima artır.
Fərzanə Şərəfbafi Bakıda aparılmış danışıqların əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə tərəflər iki ölkə arasında aviadaşımaların daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üzrə qarşılıqlı səylərin birləşdirilməsinə dair niyyətlərini bildiriblər.
Qeyd edək ki, Bakı-Tehran reysi daha çox tələb olunan istiqamətlərdən biridir. AZAL-ın tərkibinə daxil olan “Buta Airways” loukosteri Tehrana hər gün, “Iran Air” aviaşirkəti isə həftədə iki dəfə uçuşlar yerinə yetirir.
BAKU.WSOxşar xəbərlər
AZAL və Dövlət Turizm Agentliyi əməkdaşlıq edəcək
“Azərbaycan Hava Yolları” QSC, “Silk Way Holding” şirkəti, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosu əməkdaşlıq haqqında saziş...