Aydın Əliyev: "O məhsulu Azərbaycandan xaricə çıxaranlar rüsum ödəyəcək"

Aydın Əliyev: O məhsulu Azərbaycandan xaricə çıxaranlar rüsum ödəyəcək
İqtisadiyyat 1874

 

Azərbaycandan xaricə xəz dərini çıxaranlar rüsum ödəyəcəklər. 

"Report" xəbər verir ki, bu barədə "Caspian European Club"un üzvləri ilə görüşən Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi qurum hökumətə  təklif göndərib: "Hazırda təklif hökumətdə müzakirə olunur və düşünürəm ki, tezliklə qəbul olunacaq. Bizdə emal zavodu olsaydı xammal yerli bazara verilərdi. Ona görə də bəzi iş adamları rüsum ödəməməklə bunu xarici bazara çıxarmağa çalışır".

A.Əliyev onu da deyib ki, bu ilin ilk üç ayı ərzində gömrük cinayətləri ilə bağlı dövlət büdcəsində 1 mln. manatr vəsait daxil olub: "Son bir ildə 1,1 ton heroin, 20 kq-a qədər digər narkotik vasitənin qaçaqmalçılığının qarşısı alınıb".

BAKU.WS

Son xəbərlər