AMB-nin sədri: "Banklar kreditləşməyə daha 4-6 milyard manat yönəldə bilər"

AMB-nin sədri: Banklar kreditləşməyə daha 4-6 milyard manat yönəldə bilər
İqtisadiyyat 8

Azərbaycan banklar kreditləşməyə daha 4-6 milyard manat vəsait yönəldə bilər.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

O xatırladıb ki, məcburi ehtiyatlar nəzərə alınmadan bank sektorunda izafi likvidlik 6 milyard manat təşkil edir: "Bizim likvidliklə bağlı bütün tələblərimizə bank sektoru tam riayət edir. Həmin tələblər nəzərə alınmaqla belə, ümumi hesablamalara əsasən bank sektorunun 4-6 milyard manat sərbəst vəsaiti mövcuddur. Banklar bu vəsaitləri həm kapitallaşmaya, həm də kreditləşməyə yönəldə bilərlər".

Bundan başqa, T.Kazımovun sözlərinə görə, fiziki və hüquqi şəxslərin yeni yerləşdirdiyi depozitlər üzrə faizlər 2023-cü ilin iyun ayı ilə müqayisədə müvafiq olaraq 0,5 və 0,3 faiz bəndi, yeni verilmiş kreditlər üzrə faiz dərəcələri də aşağı düşüb. Fiziki şəxslərə verilən kreditlər üzrə faizlər 0,2, hüquqi şəxslərə verilən kreditlər üzrə isə 0,3 faiz bəndi azalıb: "2023-cü ilin iyun ayı ilə müqayisənin aparılması təsadüfi deyil. Həmin dövrdən etibarən AMB uçot dərəcəsini aşağı salmağa başlayıb və il ərzində onu ümumilikdə 0,75 faiz bəndi azaldıb. Bu qərar depozit və kredit faizlərinə də öz təsirini göstərib".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər