Milli Məclis Elman Rüstəmovla bağlı qərar verdi

Milli Məclis Elman Rüstəmovla bağlı qərar verdi
İqtisadiyyat 1810

Elman Rüstəmov Mərkəzi Bankın İdarə heyətinin üzvü təyin edilib.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, parlamentin bugünkü iclasında Prezident İlham Əliyevin Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında təqdimatına baxılıb.

E.Rüstəmov çıxış edərək deyib ki, ona yenidən göstərilən etimada görə Prezidentə minnətdarlığını bildirib: “Mən 1994-cü ildə ölkənin çətin günlərində bu vəzifəyə ulu öndər Heydər Əliyev tərəfindən gətirilmişəm. Son 17 ildə İlham Əliyevin rəhbərliyi altında işləmişəm”.

Səsvermə nəticəsində 91 deputat E.Rüstəmovun üzv seçilməsinin lehinə səs verib, 1 nəfər isə əleyhinə səs verib.

Son xəbərlər