VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Aprelin 6-da videokonfrans formatında OPEC və qeyri-OPEC ölkələri nazirlərinin görüşü keçiriləcək.

BAKU.WS xəbər verir ki, dünyanın maraqla gözlədiyi görüşə Azərbaycan da dəvət olunub.

Görüşdə OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iştirakı və yeni “Əməkdaşlıq Bəyannaməsi”nin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, bu görüş ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə aparılan danışıqlardan sonra Səudiyyə Ərəbistanı Krallığının çağırışı ilə keçirilir.

Ehtimal olunur ki, baş tutacaq görüş zamanı ölkələrin neftin hazırkı qiymətinə təsir etməklə bağlı qəbul olunacaq vacib qərarı ümumilikdə "qara qızıl"ın qiymətinin yenidən kəskin bahalaşmasına səbəb olacaq.

Səudiyyə Ərəbistanı rəhbərliyinin neft hasilatını azaltmaqla bağlı müzakirə aparmaq üçün OPEC+ formatı çərçivəsində təcili görüş keçirmək istəməsi dünya bazarlarında neftin qiymətini kəskin bahalaşdırıb. Bu gün Londonun İCE birjasında “Brent” markalı neftin bir bareli 32,73 ABŞ dollarına, yəni əvvəlki hərraca nisbətən 7,99 ABŞ dolları (32,3%) baha satılıb. Həmçinin Nyu-York Əmtəə Birjasındakı (NYMEX) elektron hərrac zamanı WTI markalı neftin bir bareli 6,63 ABŞ dolları (32,64%) bahalaşaraq 26,94 ABŞ dollarına satılıb.

Qeyd edək ki, Rusiyanın hasilatı azaltmamasından sonra Səudiyyə Ərəbistanı daha kəskin adımlar atmağa qərar verib. Bu ölkə Avropa və Asiya ölkələrindən olan müştəriləri üçün 6-8 dollar civarında endirim edəcəyini və hasilatı artıracağını açıqlayıb. Bundan sonra qiymətlərdə 1991-ci ildən bu yana ən kəskin azalma baş verib və qara qızılın dəyəri 40 faiz ucuzlaşaraq 30 dollardan aşağı düşüb. 

Orxan Hüseyn
BAKU.WS