VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələr ilə Rusiya xam neft hasilatının stabil saxlanılması ilə bağlı razılığa gəliblər.

BAKU.WS xəbər verir ki, bu barədə razılıq Qətərin paytaxtı Dohada keçirilən OPEC-ə üzv bəzi ölkələrin və Rusiyanın enerji nazirlərinin görüşündə əldə olunub.

Dünyanın iki ən böyük neft istehsalçısı olan ölkələrin - Səudiyyə Ərəbistanının neft naziri Əli ibn İbrahim ən-Nuaymi və Rusiyanın energetika naziri Aleksandr Novak hasilatı yanvarın 11-də razılaşdırılan səviyyədə saxlamaq barədə qərar qəbul ediblər.

Qətərin energetika naziri Məhəmməd Saleh əl Səda deyib: "Neft qiymətinin ucuzlaşmasının dünya üçün müsbət təsiri olmadı. OPEC və Rusiya müvəffəqiyyətli bir yığıncaq keçirdi”.
 
BAKU.WS