SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Nəqliyyat Nazirliyi tərəfindən dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışının aparılması ləğv edilib.

Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, baş nazir Artur Rasi-zadə tərəfindən verilən qərara əsasən "Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, "Elektron xidmət növlərinin Siyahısı”na daxil edilmiş Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı xidməti ləğv edilib. 
 
BAKU.WS