13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

 
Dünya birjalarında neftin qiyməti bahalaşmağa başlayıb.
 
BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,74 dollar artaraq 33,58 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin qiyməti isə 1,54 dollar artaraq 34,30 dollar olub.
 
Qeyd edək ki, son bir gündə neftin bahalaşmasına səbəb Rusiyanın açıqlamaları olub. Rusiya energetika naziri Aleksandr Novak OPEC və digər istehsalçıların xam neftin istehsal həcmi ilə bağlı görüşmək üçün iclas keçirə biləcəyini bildirib. Bu açıqlamadan sonra neft son üç həftənin ən yüksək artımını reallaşdırıb. 

Şahin Həbibov
BAKU.WS