Elman Rüstəmov inflyasiya və devalvasiyadan danışdı
01
iyl
2019
15:06
Son günlərdə Gürcüstanda ABŞ dolları və avronun milli valyuta olan lariyə münasibətdə bahalaşma tendensiyası davam edir.Bəzi iqtisadçı ekspertlər Azərbaycanda xarici valyutanın (dollar, avro) bahalaşacağını istisna etmirlər.BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, Azərbaycanda dolların bahalaşması üçün heç bir əsas yoxdur:“Gürcüstanda hansısa prosses gedirsə, bunun heç birinin ölkəmizə iqtisadi təsiri yoxdur. Bu olmadığı halda da dollar niyə bahalaşmalıdır ki? Hesab edirəm ki, ölkəmizdə dolların bahalaşması üçün heç bir iqtisadi əsas yoxdur”.E.Rüstəmov ölkədə əmək haqları və pensiyaların artımından sonra inflyasiyanın olmayacağını da dilə gətirib:“Bu məsələnin də nə inflyasiyaya, nədəki xarici valyutaya heç bir təsirini görmürəm və bu olmayacaqda”.
Oxşar xəbərlər
Elman Rüstəmov manatla bağlı proqnoz verdi
Azərbaycanda manata nisbətdə dolların məzənnəsinin qalxması üçün heç bir ilkin şərt yoxdur.BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Bankın sədri Elma...