Elman Rüstəmov manatın devalvasiyasından danışdı
14
iyn
2018
11:25
"Azərbaycanda devalvasiya üçün heç bir fundamental səbəb yoxdur"."APA-Economics"in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib. Bu il neftin orta qiymətinin 70 dollar təşkil etdiyini deyən E.Rüstəmov bildirib ki, bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30% yüksəkdir: "Neftin qiymətinin yüksək olması səbəbindən ölkənin strateji valyuta ehtiyatları, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasına səbəb oldu. Nəticədə strateji valyuta ehtiyatları 2,1 milyard dollar artdı. Daxili bazarda valyuta ehtiyatları artırsa, deməli valyuta təklifi tələbdən yüksəkdir. Həmişə bu balansa diqqət yetirmək lazımdır. Milli valyutanın məzənnəsi heç də həmişə Azərbaycan Mərkəzi Bankının hədəfi olmur. Bizim əsas hədəfimiz inflyasiyadır. Düzdür, məzənnə də hədəflərdəndir. Amma məzənnənin inflyasiyaya təsiri əsas hədəflərdəndir".E.Rüstəmov devalvasiyanı şərtləndirən səbəblər barədə ictimaiyyətin məlumatlılığının qənaətbəxş səviyyədə olmadığını bəyan edib. "Cəmiyyət qonşu ölkələrdə 5-6 faiz kurs üzməsi baş verəndə bunu devalvasiya adlandırır. Bu devalvasiya deyil. Xarici şəraitin kəskin dəyişməsi, yeni makroiqtsadi şəraitin formalaşması, valyuta ehtiyatlarının tam itirilməsi bu proseslərə gətirib çıxara bilər. Açıq etiraf etmək lazımdır ki, 2015-ci ildə ölkədə devalvasiya baş verdi. Amma sonradan manatın üzməsi devalvasiya demək deyil. Bu, valyuta volatilliyidir. Mən mətbuat nümayəndələrinə şəxsən seminar keçirməyə hazıram. Sizin həyəcanınız, düzgün praktik nəticə verməməyiniz proseslərə neqativ təsir edir. Bizimlə yanaşı, mətbuat nümayəndələri də çox məsuliyyətli işlə məşğul oluruq. İlk növbədə məsuliyyət bizimkidir. Amma mıətbuat nümayəndələri də məsuliyyət daşıyır.BAKU.WS
Oxşar xəbərlər
Dollar kreditlərinin taleyi necə olacaq? - Elman Rüstəmov danışdı
E. Rüstəmov əhalinin dollarla olan kreditlərindən danışıb. Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dərəcələrinin parametrlərinə həsr olunmuş mətbuat konfrasınd...