VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Pakistan prezidenti Məmnun Hüseyn ötən şənbə günü Ravalpindi Ticarət-Sənaye Palatasının nümayəndələri ilə görüşü zamanı pakistanlı iş adamlarını dost Azərbaycana ixracı genişləndirməyə çağırıb.

Virtualaz.org Pakistanın ingilisdilli DAWN agentliyinə istinadən xəbər verir ki, prezident Bakıya ötən ilin sonlarında etdiyi səfərin yekunlarına dair iş adamlarını məlumatlandırıb. Deyib ki, səfər zamanı iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsini müzakirə edib.

Məmnun Hüseyn bildirib ki, Azərbaycan nizamnamə kapitalı 50 milyon dollardan az olan xarici bankların öz ərazisində fəaliyyətinə icazə vermir. Lakin onun xahişi əsasında Azərbaycan Pakistan Milli Bankının filialının 10 milyon dollar kapitalla fəaliyyətə başlamasına icazə verib. "İxracatçılar dost ölkələrdə hadisələrin bu cür inkişafından fayda götürməlidir”-prezident bildirib.

Pakistan Azərbaycanın islam dünyasındakı strateji tərəfdaşı və ənənəvi müttəfiqidir. Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkədir.
 
BAKU.WS