Bakıda siqaretlər yenidən bahalaşacaq.


BAKU.WS-in məlumatına görə, bu barədə topdansatış məntəqələrində danışılır. Bildirilir ki, topdansatış məntəqələrində danışılır Bildirilir ki, yanvar ayının sonlarına qədər siqaretin qiymətləri təxminən 2 dəfəyə qədər artacaq.

Hazırda isə bir çox topdansatış məntəqələri siqaret satışını dayandırıb. Bəziləri isə hər bir siqaretin qiymətinin üstünə 50 qəpik, 1 manat pul qoyaraq satır. Bu səbəbdən də, bütün mağazalarda siqaretlər bahalaşıb.


 

İqtisadiyyat və Sənaye Nazirliyin ölkədə siqaret və tütün məmulatlarının bahalaşmasına münasibət bildirib. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyev BAKU.WS-ə açıqlamasında bildirib ki, siqaretin qiyməti tənzimlənən mal və xidmətlərin qiymətləri siyahısına daxil deyil.

 

 

"Tütün məmulatlarının satış qiyməti bazar iqtisadiyyatı prinsiplərinə uyğun olaraq, tələb və təklif əsasında formalaşır", - deyə Abbas Əliyev bildirib.

Ziya Babayev
BAKU.WS