ABŞ-də "Zərrab işi"ndə FİNAL - Doqquz il sonra...

ABŞ-də Zərrab işində FİNAL - Doqquz il sonra...
Şou-biznes 50

ABŞ-nin İrana qarşı tətbiq etdiyi sanksiyaların qanunsuz yollarla pozulmasına dair genişmiqyaslı istintaqda həlledici məqam gəlib çatıb.

BAKU.WS xəbər verir ki, işin əsas fiqurlarından biri olan Rza Zərrabın 9 illik hüquqi prosesdən sonra cəzası məlum olacaq.

Nyu-Yorkun Manhetten federal məhkəməsində keçiriləcək iclasda hakim Riçard Berman, prokurorluqla əməkdaşlıq edərək günahını etiraf edən Zərrab barədə yekun qərarını açıqlayacaq.

Xatırladaq ki, Rza Zərrab 19 mart 2016-cı ildə ailəsi ilə birlikdə Mayamiyə səfəri zamanı FTB tərəfindən saxlanılaraq iki gün sonra həbs edilmişdi.

Bu həbs təkcə Zərrab üçün deyil, həm də Türkiyənin "Halkbank"ı üçün uzunmüddətli hüquqi çəkişmələrin başlanğıcı oldu.

2018-ci ildə prokurorluqla razılığa gələrək günahını etiraf edən və əməkdaşlığa başlayan Zərrab, girov müqabilində sərbəst buraxılmışdı.

Məhkəmə ifadələrində o, Türkiyənin keçmiş iqtisadiyyat naziri Zəfər Çağlayana 45-50 milyon avro və 7 milyon dollar rüşvət verdiyini, həmçinin İrana qarşı sanksiyaların neft və təbii qaz ticarəti vasitəsilə necə dövriyyədən kənar işlər gördüyünü ətraflı şəkildə açıqlamışdı.

ABŞ Ədliyyə Nazirliyi ilə bank arasında mart ayında əldə olunan razılaşmadan sonra prosesə xitam edilib. ABŞ hüquq sistemində prokurorluqla əməkdaşlıq edən şahidlərin cəzalarının, iştirak etdikləri əsas məhkəmə prosesləri başa çatdıqdan sonra elan edilməsi standart təcrübədir. Hakim Riçard Bermanın "Halkbank" davasının bağlanması ilə bağlı qərarı, eyni zamanda Zərrabın cəzasının açıqlanacağı tarixi də bununla müəyyən etmiş olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər