Travmatologiya İnstitutunda NÖVBƏ İZDİHAMI
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu bugüngü növbə ilə bağlı açıqlama yayıb.
BAKU.WS-ə verilən açıqlamada bildirilir ki, bu gün səhər saat 10:00–11:00 radələrində rentgen xidmətinin fəaliyyətini təmin edən informasiya sistemində müvəqqəti texniki nasazlıq yaranıb. Bu səbəbdən rentgen müayinəsinə müraciət edən vətəndaşlar arasında müəyyən müddət növbə əmələ gəlib.
Texniki problem operativ şəkildə aradan qaldırılıb və hazırda rentgen xidməti tam normal rejimdə fəaliyyət göstərir. Yaranmış müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyirik. Anlayış və səbir nümayiş etdirdiyiniz üçün sizə təşəkkür edirik!
***12.15
Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda rentgen növbəsində izdiham yaşanıb.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə görüntülər daxil olub.
Vətəndaşlar bildirir ki, nə vaxt xəstəxanaya rentgenə gəlsələr xeyli növbədə gözləməli olurlar.
Xəstəxana işçiləri buna səbəb kimi isə sistemin işləmədiyini, dayandığını əsas gətirirlər.
Sözügedən növbə izdihamından görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Toyda dava düşdü, bəy TUTULDU
Rusiyanın paytaxtı Moskvada keçirilən toy mərasimi kütləvi dava ilə başa çatıb. BAKU.WS xəbər verir ki, hadisə Lyublino rayonundakı restoranlardan birində baş v...