Ölkə.Az 12 yaşını qeyd edir
Bu gün Ölkə.Az-ın 12 yaşı olur.
BAKU.WS xəbər verir ki, Ölkə.Az xəbər saytı 12 illik yubileyini qeyd edir. 2014-cü ildə qurulan bu platforma sürətlə genişlənərək Azərbaycanın aparıcı xəbər mənbələrindən birinə çevrilib.
Gündəlik xəbərlər, təhlillər, müsahibələr və reportajlarla oxucularını məlumatlandıran Ölkə.Az etibarlı və obyektiv informasiya təmin etmək missiyasını uğurla yerinə yetirir.
12 il ərzində Ölkə.Az xəbər saytı jurnalistikada peşəkarlıq və obyektivlik prinsiplərini rəhbər tutaraq, oxucularının etimadını qazanıb. Bu müddət ərzində saytı oxuyanların dəstəyi və sədaqəti Ölkə.Az-ın böyüməsinə və inkişafına böyük təkan verib. Bu səbəbdən Ölkə.Az kollektivi oxuculara sonsuz təşəkkürlərini bildirir.
Biz Ölkə.az xəbər saytı olaraq, gələcəkdə də eyni peşəkarlıq və sadiqliklə xidmət göstərməyə davam edəcəyik. Oxucularımıza doğru, dəqiq və obyektiv məlumatlar çatdırmaq üçün əlimizdən gələni edəcəyik. Sizlərin dəstəyi ilə daha da böyüyəcək və inkişaf edəcəyik.
Kollektivimiz adından həmkarlarımızı təbrik edir, fəaliyyətlərində uğurlar arzu edirik.
Oxşar xəbərlər
Azərbaycanda iyunda 881 mindən çox şəxs aylıq sosial müavinət və təqaüd alıb
Bu ilin iyun ayında Azərbaycanda aylıq sosial müavinət və təqaüd alanların sayı 881 min 295 nəfər olub. Bu barədə BAKU.WS Əmək və Əhalinin Sosial Müdafiəsi Nazi...