Türkiyədə meşə yanğını: 1120 nəfər təxliyə edildi
Türkiyənin Muğla vilayətində meşə yanğınları ilə mübarizə davam edir.
BAKU.WS xəbər verir ki, Milas rayonunda başlayan və yaşayış məntəqələri üçün təhlükə yaradan yanğın səbəbindən 1120 nəfər təhlükəsiz ərazilərə köçürülüb.
Günbəgün yüksələn hava temperaturu meşə yanğınları riskini artırıb.
Vilayətin Ortaca və Kavaklıdere rayonlarında qeydə alınan yanğınlar dərhal havadan və qurudan müdaxilə nəticəsində nəzarət altına alınıb.
Buna baxmayaraq, bölgədəki vəziyyət hələ də gərgindir.
Dünən axşam saatlarında Milas rayonunun Gürçamlar məhəlləsi, Bozbük ərazisindəki meşəlik sahədə başlayan yanğın küləyin təsiri ilə qısa müddətdə genişlənib. Alovların yaşayış məntəqələrinə yaxınlaşması ciddi təhlükə yaratdığı üçün fövqəladə tədbirlər görülüb.
Rəsmi məlumatlara görə, təhlükəsizlik tədbirləri çərçivəsində yanğın zonasından 1120 vətəndaş təxliyə edilib.
Hazırda yanğınsöndürmə briqadaları alovun qarşısını almaq və onu tam nəzarət altına almaq üçün işlərini intensiv şəkildə davam etdirirlər.
Oxşar xəbərlər
Orden alanlar arasında ildırım vurması nəticəsində həlak olan hərbçilər də var
Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında və dövlət sərhədinin mühafizəsi üzrə...